Azərbaycanda cüdo üzrə ölkə çempionatı keçiriləcək
Dekabrın 5-7-si aralığında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.
Crossmedia.az bu barədə Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Turnir Bakı İdman Sarayında təşkil ediləcək.
Yarışda ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar. Dekabrın 5-6-da fərdi, 7-də isə komandalararası yarış gerçəkləşəcək.
11:12 25.11.2025
Oxunuş sayı: 1118