“Qarabağ”ın U-19 komandası “Napoli”yə qarşı
“Qarabağ” klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, Rəşad Sadiqovun kollektivi İtaliyada “Napoli”nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan “Qarabağ”ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.
10:06 25.11.2025
Oxunuş sayı: 1339