Azərbaycan millisi bu gün Avropa çempionatında ilk matçını keçirəcək
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Crossmedia.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə üz-üzə gələcək.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.
09:25 25.11.2025
Oxunuş sayı: 1196