FIBA Avropa Kuboku: "Abşeron Lions" "Neftçi"yə qalib gəlib
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər.
Crossmedia.az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" "Abşeron Lions"la qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən matç "Abşeron Lions"un 95:86 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.
20:54 19.11.2025
Oxunuş sayı: 1501