Rusiyadan təhdid: Berlini işğal edə bilərik
Rusiya Kommunist Partiyasının lideri Gennadiy Zyuqanov Almaniya ilə bağlı sərt və diqqətçəkən açıqlama verib. O, çıxışı zamanı bildirib ki, “Biz Berlini üç dəfə ələ keçirmişik və lazım gələrsə, dördüncü dəfə də ələ keçirəcəyik”.
Bu barədə Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir.
Zyuqanovun bu fikri Rusiyanın tarixi hərbi qələbələrinə istinad kimi qiymətləndirilir və xüsusilə II Dünya müharibəsində Berlinin alınmasına vurğu edir. Bəyanat Almaniyanın Rusiya ilə münasibətləri fonunda gərginlik yaradan növbəti siyasi açıqlama kimi dəyərləndirilir.
Türkanə Məşədiyeva
20:42 19.11.2025
Oxunuş sayı: 1609