Bayraktar KIZILELMA-nın sınaqları genişləndirilir
Türk şirkəti Baykar, beşinci prototip döyüş pilotsuz təyyarəsi Bayraktar KIZILELMA üzrə sınaq proqramlarını genişləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baykar uçuş sınaqları çərçivəsində hava-hava raketi GÖKDOĞAN ilə birləşdirilmiş testlər aparır.
Bu sınaqlar birbaşa atış məsafəsi hüdudlarından kənarda həyata keçirilir. Eyni zamanda, təyyarənin EOTS opto-elektron naviqasiya sistemi və Murad AESA radarının performansı da yoxlanılır.
Nigar Yahyazadə
02:34 20.11.2025
Oxunuş sayı: 996