Azərbaycanlı gənc şahmatçıdan parlaq nəticə
Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə dərəcə yarışları keçirilib
Crossmedia.az xəbər verir ki, yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şahmatçıları da iştirak ediblər.
Mərkəzin şahmat müəllimi Emil Allahverdiyevin yetirməsi Adəm Babakişiyev 3-cü dərəcə uğrunda keçirilən yarışlarda bütün rəqiblərini məğlub edərək 7/7 nəticə ilə çempion adı qazanıb.


03:20 19.11.2025
Oxunuş sayı: 1212