Azərbaycanın U-19 millisi Maltanı məğlub edib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.
Crossmedia.az-ın məlumatına görə, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
16:19 18.11.2025
Oxunuş sayı: 905