Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ilk oyununu keçirib
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, U-15 Monteneqro ilə üz-üzə gəlib.
Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.
14:09 18.11.2025
Oxunuş sayı: 1223