Türkiyə Pakistanın ikinci ən böyük silah tədarükçüsünə çevrildi
Türkiyə müdafiə sənayesi məhsullarının ixracında mühüm mərhələni geridə qoyaraq, Çindən sonra Pakistanın ikinci ən böyük silah tədarükçüsü olub. Son illər güclənən hərbi əməkdaşlıq, xüsusilə pilotsuz uçuş aparatları və dəniz platformaları sahəsində daha dərin strateji yaxınlaşmadan xəbər verir.
Geniş təchizat paketi
Pakistan Silahlı Qüvvələri Türkiyədən bir sıra əsas hərbi platformalar və silah sistemləri satın alıb. Onların arasında zərbə PUA-ları Bayraktar TB2 də var. Alınan sistemlərə aşağıdakılar daxildir:
• Bayraktar PUA-ları
• Mini ağıllı qanadlı raket
• ASELSAN hədəfləmə və elektro-optik konteynerləri
• Müxtəlif radioelektron mübarizə və rabitə kompleksləri
Crossmedia.az The EurAsian Times-a istinadən bildirir ki, “bu alışlar Pakistanın PUA imkanlarını və yüksək dəqiqlikli zərbə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. MİLGEM korvetləri proqramı davam edir”.
Pakistan Hərbi Dəniz Qüvvələri Türkiyə ilə birgə həyata keçirilən MİLGEM sinfi korvetlərin alınması proqramını davam etdirir. Dörd gəmilik layihə çərçivəsində ilk korvetlər artıq suya buraxılıb və təhvil prosesi mərhələli şəkildə davam edir. Proqram Pakistanın səthi döyüş imkanlarını artırır və iki ölkə arasında texnologiya transferini daha da gücləndirir.
Zeynəb Xuduyeva
14:46 17.11.2025
Oxunuş sayı: 1693