Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu ləğv ediləcək
Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu ləğv ediləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Dövlət Auditi Xidməti öz funksiyalarını daha effektiv yerinə yetirə biləcək və bu səbəbdən 2026-cı il martın 2-də fəaliyyətini dayandıracaq.Eyni səbəbdən Fərdi Məlumatların Mühafizəsi Xidməti də ləğv ediləcək.
"Bizim məqsədimiz idarəetmə sisteminin konstitusiya əsaslarını gücləndirmək və dövlət resurslarını optimallaşdırmaqdır", - Papuaşvili bildirib.
O, həmçinin elan edib ki, Gürcüstan parlamenti xaricdə yaşayan Gürcüstan vətəndaşlarının xaricdə seçkilərdə səs verməsini qadağan edən yeni Seçki Məcəlləsi üzərində işə başlayır. Papuaşvilinin sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları yalnız vətənlərinə qayıdıb yaşadıqları yerdə səs verməklə seçkilərdə iştirak edə biləcəklər.
14:24 17.11.2025
Oxunuş sayı: 1092