Türkiyənin qəzaya uğramış hərbi təyyarəsinin “qara qutu”sunun analizi bu həftə tamamlanacaq
Türkiyənin qəzaya uğramış hərbi təyyarəsinin “qara qutu”sunun analizi bu həftə tamamlanacaq
Türkiyəyə məxsus və Gürcüstanda qəzaya düşən hərbi təyyarənin “qara qutu”su üzrə analiz yaxın günlərdə başa çatdırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Hurriyet qəzeti məlumat yayıb.
Məlumata görə, hadisənin araşdırılması üçün “qara qutu”da qeyd olunan 180 parametr təhlil edilir. Analizin həftənin sonunadək tamamlanacağı gözlənilir. İlkin məlumatlar qəzaya xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir.
Bununla yanaşı, qəzanın bütün mümkün versiyalarının araşdırıldığı da bildirilib.
Türkan Kərimli
13:27 17.11.2025
Oxunuş sayı: 1335