Səudiyyə Ərəbistanında ağır avtobus qəzası: 42 zəvvar həlak oldu
Bazar ertəsi səhər saatlarında Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 40-dan çox insan həlak olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ümrə ziyarəti üçün Hindistandan gələn zəvvarları daşıyan avtobus Məkkədən Mədinəyə gedərkən yanacaq sisterni ilə toqquşub. Zərbədən sonra avtobus alovlanıb.
Hindistanın Cənubi Telanqana ştatının rəsmiləri 42 zəvvarın öldüyünü, yalnız bir nəfərin sağ qaldığını bildiriblər. Həlak olanlar arasında 20 qadın və 11 uşaq var; onların çoxu Haydarabaddandır. Səudiyyə Ərəbistanı isə hələlik ölüm sayını təsdiqləməyib.
Sevinc Yarməmmədova
12:26 17.11.2025
Oxunuş sayı: 1146