Didye Deşam: Azərbaycan millisində irəliləyiş hiss olunur
Azərbaycan millisinin oyuna yaxşı başlaması bizi təəccübləndirdi.
Crossmedia.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının sonadək mübarizə apardığını bildirib: “Sonluq bizim üçün yaxşı başa çatdı. Azərbaycan millisinə hörmətlə yanaşırıq. Yığmada irəliləyiş hiss olunur. “Qarabağ” komandası Avropada yaxşı mübarizə aparır. Bakı gözəl şəhərdir. Stadion tamamilə dolu idi. Atmosferə söz ola bilməz”.(Azertac)
23:53 16.11.2025
Oxunuş sayı: 1190