DÇ-2026: Portuqaliya Ermənistanı darmadağın edib
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya və Ermənistan milliləri üz-üzə gəlib.
Crossmedia.az xəbər verir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya qonaqları 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.
Kriştiano Ronaldonun cəza səbəbindən oynamadığı görüşdə Portuqaliyaya qələbə qazandıran qolları Renato Veyqa (7), Qonsalu Ramuş (28), Joau Neveş (30, 41, 81), Brunu Fernandeş (45+3-p., 52, 72-p.) və Fransişku Konseysau (90+2) vurub.
Ermənistanın qolunu 18-ci dəqiqədə Eduard Spertsyan vurub.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
20:27 16.11.2025
Oxunuş sayı: 1528