Azərbaycanın olimpiya mükafatçısı İslamiadada bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutub.
Crossmedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib çıxıb.
Q.Maqomedov Paris 2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
19:58 16.11.2025
Oxunuş sayı: 1710