Azərbaycanın U-21 millisinin Cəbəllütariqlə oyununun hakim təyinatları açıqlanıb
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula
Dördüncü hakim: George Katalin Roman
(Hakimlər briqadası Rumıniyadandır).
Qeyd edək ki, qarşılaşma noyabrın 18-də, Bakı vaxtı ilə saat 22:00-da "Europa Point Stadium"da təşkil olunacaq.
15:12 16.11.2025
Oxunuş sayı: 1332