İran prezidenti hökumət və parlamenti inflyasiyanın əsas səbəbkarı kimi göstərdi
İran prezidenti Məsud Pezeşkian ölkədəki qiymət artımları və inflyasiya ilə bağlı hökuməti və parlamenti sərt tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Pezeşkian öz sosial media hesabında yazıb ki, inflyasiyanın əsas səbəbkarı hökumət və parlamentdir və bunu həll etmək üçün öncə özləri məsuliyyət götürməlidirlər:
“Xahiş edirəm, heç kürsüdən kiminsə günahkar olduğunu eşitmisinizmi? Biz özümüzü günahlandırmalıyıq. Bu ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq və bunu birlikdə həll edək”.
21:25 14.11.2025
Oxunuş sayı: 1413