İran prezidenti: Xameneiyə hücum ölkədə daxili çöküş yarada bilər
İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı bildirib ki, İslam Respublikasının sabitliyi tamamilə ali lider Əli Xameneyinin təhlükəsizliyindən asılıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Pezeşkian xəbərdarlıq edib ki, Xameneiyə qarşı mümkün hər hansı hücum ölkədə daxili çöküş və parçalanmaya səbəb ola bilər. O qeyd edib ki, iyun ayında baş vermiş İran–İsrail müharibəsi zamanı da əsas narahatlığı ali rəhbərə yönəlik hücum nəticəsində ölkədə qarşıdurmanın alovlanması olub.
Prezident vurğulayıb ki, hakimiyyətin zəifləməsi üçün xarici müdaxilə yox, daxili fikir ayrılıqları kifayətdir. Pezeşkian siyasi qrupları birliyə çağıraraq bildirib ki, daxili gərginlik İran üçün ən böyük təhlükədir.
20:39 14.11.2025
Oxunuş sayı: 1850