Rubio: Suriyanın yenidən İranın oylağına çevrilməsinə icazə verməyəcəyik
ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü açıqlama verərək, Vaşinqtonun Suriyada milli hökumətin yaradılmasını dəstəklədiyini bildirib. O vurğulayıb ki, bu hökumət Suriya cəmiyyətinin bütün təbəqələrini əhatə etməli və vətəndaşların özlərini təhlükəsiz hiss etmələrini təmin etməlidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rubio ABŞ-ın təhlükəsizlik qiymətləndirmələrinə istinad edərək qeyd edib ki, Suriya liderləri ölkənin keçmişdə İran, İŞİD və digər silahlı qrupların əməliyyat bazası kimi roluna qayıtmaması üçün siyasi struktur yaratmağa çalışır. Dövlət katibi bu yanaşmanın Suriyada sabitliyi təmin etmək və xarici təsirləri minimuma endirmək məqsədi daşıdığını bildirib.
21:13 14.11.2025
Oxunuş sayı: 1320