Tehran sakinləri yağış yağması üçün dua edirlər
İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua (namaz) ediblər. Şimali Tehranda yerləşən məşhur İmamzadə Saleh məbəd kompleksində keçirilən dua mərasiminə imam Xomeyninin tələbəsi, ayətullah Camaləddin Dinpərvər rəhbərlik edib.
Crossmedia.az xarici mediaya əsasən xəbər verir ki, mərasimdə iştirak edən qadın və kişilər aparıcının ardınca günahlarına görə ağlayaraq əllərini göyə qaldırıb yağış üçün dua ediblər.
Bunun ardınca meteorologiya xidməti Tehran üçün xəbərdarlıq yayıb ki, sabahdan etibarən leysan yağışlar və ildırım gözlənilir.
Türkanə Məşədiyeva
19:37 14.11.2025
Oxunuş sayı: 1572