Avropa İttifaqı Ermənistanla yeni iqtisadi və nəqliyyat marşrutlarını müzakirə etdi
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun baş katibi Gert Yan Kupmanla regional kommunikasiyaların açılmasını müzakirə edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüşdə Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat yollarının genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, nəqliyyat marşrutlarının şaxələndirilməsi regionda dayanıqlı əməkdaşlığın və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verə bilər.
Türkanə Məşədiyeva
18:58 14.11.2025
Oxunuş sayı: 1742