Türkiyənin yanğınsöndürmə təyyarəsi qəzaya uğradı - TƏCİLİ
Türkiyənin yanğınsöndürmə təyyarəsi Xorvatiyaya planlı texniki baxış üçün uçarkən onunla əlaqə itib. Bu hadisə ölkədə ikinci aviasiya insidenti kimi qeydə alınıb.
Məlumata görə, təyyarələrdən biri uğurla Riyeqada enə bilib, lakin digər təyyarə ilə saat 18:25-də (Türkiyə vaxtı) əlaqə kəsilib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil və məlumatlar toplanır. Daha sonra təyyarənin qəzaya uğradığı məlum olub. Türk yanğın söndürmə təyyarəsinin qalıqlarının tapıldığı pilotun isə həlak olduğu bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “axtarış-xilasetmə əməliyyatları Türkiyə və Xorvatiya müvafiq xidmətlərinin birgə əməkdaşlığı ilə davam etdirilir. Ərazidə hava şəraiti və təhlükəsizlik tədbirləri nəzərə alınaraq əməliyyatlar həyata keçirilir”.
Rəsmi qurumlar və aviasiya orqanları hadisə ilə bağlı məlumatları yeniləyəcəklər. İctimaiyyətə əlavə açıqlamalar veriləcəyi gözlənilir.
Zeynəb Xuduyeva
00:04 14.11.2025
Oxunuş sayı: 1178