Orban: Kiyevə dəstək dayandırılmalıdır
Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyini “Zelenskinin hərbi mafiyasına pul verməkdə” ittiham edib və Kiyevə maliyyə dəstəyini dayandırmağa çağırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Tixiy isə cavab olaraq bildirib ki, korrupsiya mövzusunda dərs vermək skandallara qarışmış və ölkəsini AB-də ən kasıb vəziyyətə gətirmiş bir siyasətçi üçün ikili standartdır. O, Orbanın lüks bağ evindəki şəxsi zooparkla bağlı son Macarıstan skandalına da işarə edib.
05:15 14.11.2025
Oxunuş sayı: 1655