Kareliyada Rusiya Su-30 təyyarəsi qəzaya uğradı, ekipaj üzvləri həlak oldu
Kareliyanın Prionejsky rayonunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin ekipaj üzvləri həyatını itiriblər.
Bu barədə Crossmedia.az Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən xəbər verir.
Nazirlikdən bildirilib ki, hadisə zamanı yer üzərində dağıntı və ya mülki itki qeydə alınmayıb. Fövqəladə xidmətlər Finlandiya ilə həmsərhəd olan şimal-qərb bölgəsindəki uzaq qəza yerinə göndərilib. Hazırda qəzanın səbəbləri araşdırılır.
Türkanə Məşədiyeva
03:25 14.11.2025
Oxunuş sayı: 1388