Ukrayna danışıqlardan qaçaraq mövqeyini zəiflədir- Peskov
Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. O, Kiyevin Moskva ilə dialoqdan imtina etməsini tənqid edərək bildirib ki, bu, Ukraynanın artıq danışıqları davam etdirmək niyyətində olmadığını göstərir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Kiyevin Moskva ilə dialoqdan imtina bəyanatları əslində Ukrayna tərəfinin hər hansı formada təmasları davam etdirmək istəmədiyi de-fakto vəziyyəti rəsmiləşdirir”, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, danışıqları davam etdirmək imkanı olmadığı halda, Rusiya Putinin müəyyən etdiyi məqsədlərə çatmaq üçün müharibəni davam etdirəcək.
Türkanə Məşədiyeva
01:35 14.11.2025
Oxunuş sayı: 1246