İslandiya millisinin baş məşqçisi: Azərbaycan yığması ikinci hissədə daha yaxşı çıxış etdi
Azərbaycan millisi İslandiya ilə oyunun ikinci hissəsində daha yaxşı təsir bağışladı.
Crossmedia.az-ın məlumatına görə, bunu İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün çətin oyun oldu. Lakin nəticə ürəyimizcə idi. Rəqib komanda ikinci hissədə daha yaxşı çıxış etdi. Qələbə qazanmaq hər zaman xoşdur. Azərbaycan yığması ilk görüşlə müqayisədə gücünü artırıb. Düşünürəm ki, Azərbaycan millisi doğru yoldadır. Heyətlərində gənc futbolçular çoxluq təşkil edir. Düşünürəm ki, yığmanın istənilən səviyyəyə çatması bir qədər zaman alacaq".
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.(Report)
23:34 13.11.2025
Oxunuş sayı: 1749