DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub - Yenilənib-5
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
Crossmedia.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublarş
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
22:07
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb.
Crossmedia.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
21:49
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
Crossmedia.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
21:44
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.
21:23
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
Crossmedia.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda Albert Qyudmyundsson fərqlənib.
O, 20-ci dəqiqədə adını tabloya yazdırıb.
21:01
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan - İslandiya matçına start verilib.
Crossmedia.az-ın məlumatına görə, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
22:54 13.11.2025
Oxunuş sayı: 1510