Azərbaycan Basketbol Liqasında VII tur başlayır
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.
Crossmedia.az xəbər verir ki, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir. Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
10:12 13.11.2025
Oxunuş sayı: 1645