Azərbaycan cüdoçuları Qran-Pri turnirində iştirak edəcəklər
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilər60 kq
Hüseyn Allahyarov Murad Muradlı 66 kq İslam Rəhimov Nazir Talıbov 73 kq İbrahim Əliyev Rüfət Şövlətov 81 kq Vüsal Qələndərzadə 90 kq Aslan Kotsoyev Vüqar Talıbov 100 kq Əjdər Bağırov +100 kq Camal Qamzatxanov Kənan Nəsibov Qadınlar 48 kq Könül Əliyeva 52 kq Aydan Vəliyeva Gültac Məmmədəliyeva
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.
21:21 12.11.2025
Oxunuş sayı: 1302