AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununda FIFA komissarı olacaq
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Crossmedia.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq. E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.
14:39 12.11.2025
Oxunuş sayı: 1642