VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan karateçisi finala yüksəlib
Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Crossmedia.az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində həlledici görüşə vəsiqə qazanıb.
İrina Zaretska yarımfinalda ekvatorial qvineyalı rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib. O, finalda Eda Eltemurla (Türkiyə) üz-üzə gələcək.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
13:55 12.11.2025
Oxunuş sayı: 1322