Azərbaycan iki karateçisi İslamiadada bürünc medal qazanıb- Yenilənib
Azərbaycanın daha bir karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Roman Heydərov kata növündə üçüncü olub.
Qeyd edək ki, daha öncə Mədinə Sadıqova İslamiadada üçüncü olub.(Report)
19:30
Azərbaycan karateçisi Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 55 kq çəki dərəcəsində Mədinə Sadıqova üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.(Report)
19:34 11.11.2025
Oxunuş sayı: 835