Trampın xüsusi elçisi Prezident İlham Əliyev haqqında: Həqiqi dövlət lideridir
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ermənistanla münaqişənin həllində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bunu Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında bildirib.
Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.
Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş torpaqları qaytarmaq olub.
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, dövlətin həqiqi liderliyini nümayiş etdirən heyrətamiz bir qərar idi.
23:17 06.11.2025
Oxunuş sayı: 1580