Parisli etirazçılar pensiya islahatının tam ləğvini tələb edirlər
Parisdə 2023-cü ildə qəbul olunmuş pensiya islahatına qarşı növbəti etiraz aksiyası keçirilib. Şəhərin mərkəzində toplaşan yüzlərlə sakin hökumətin qərarını ədalətsiz hesab etdiklərini bildiriblər.
Bu barədə Crossmedia.az TASS-a istinadən xəbər verir. Etirazçılar deyirlər ki, pensiya yaşının artırılması həm sosial ədalət prinsipinə ziddir, həm də ağır iş şəraitində çalışan insanlar üçün əlavə fiziki və psixoloji yük yaradacaq.
Etirazçıların sözlərinə görə, bu qərar parlamentin təsdiqi olmadan hökumət tərəfindən birbaşa tətbiq olunub və bu, demokratik qərarvermə prinsiplərinin pozulması kimi qiymətləndirilir.
Türkanə Məşədiyeva
23:05 06.11.2025
Oxunuş sayı: 1453