Çexiyada hökumət dəyişikliyi -Babiş yeni hökuməti quracaq
Çexiyada siyasi proseslərdə yeni mərhələ başlayır. Ukraynaya hərbi maliyyə yardımının verilməsinə qarşı çıxan ANO Partiyasının lideri Andrey Babişin yeni hökumətə rəhbərlik etməsi gözlənilir.
Crossmedia.az ÇTK agentliyinə istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel indiki Baş nazir Petr Fiala hökumətinin istefasını qəbul edib. Bununla belə, yeni kabinet formalaşdırılana qədər hazırkı hökumət ölkədə icraedici funksiyaları müvəqqəti olaraq davam etdirəcək.
Qeyd edilir ki, prezident Petr Pavel artıq seçkilərdə qalib gəlmiş müxalifət qüvvəsinin – ANO Partiyasının lideri Andrey Babişə hökumət qurmaq səlahiyyəti verib. ANO Partiyasının seçki nəticələri ilə hakimiyyətə qayıdışı ölkədə daxili siyasi balansda dəyişikliklərin olmasına işarə edir.
Türkanə Məşədiyeva
23:57 06.11.2025
Oxunuş sayı: 1342