Nyu-York HƏMAS tərəfdarının ixtiyarına keçdi - isarilli nazirdən AÇIQLAMA
ABŞ-nin Nyu-York şəhərinin yeni meri Zöhran Mamdaninin seçilməsindən sonra israilli nazir Amihay Şikli qalmaqallı açıqlama verib.
O, həmin şəhərdə yaşayan yəhudiləri “vətənə qayıtmağa” çağıraraq Nyu-Yorkdakı siyasi dəyişikliklərin İsrail üçün “siqnal” olduğunu bildirib. Şiklinin bu çağırışı ictimaiyyətdə və sosial mediada geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Diaspora və Antisemitizmə qarşı mübarizə naziri Amihay Şikli, 34 yaşlı müsəlman-demokrat Zöhran Mamdaninin Nyu-York meri seçilməsindən sonra şəhərdə yaşayan yəhudiləri “vətənə qayıtmağa” çağırıb. “Bir zamanlar ümumi azadlığın rəmzi olan şəhər indi HƏMAS tərəfdarının ixtiyarına keçdi,” — Şikli X sosial platformasında yazıb və əlavə edib ki, “Nyu-York artıq heç vaxt əvvəlki kimi olmayacaq, xüsusilə də onun yəhudi icması üçün.
Zeynəb Xuduyeva
19:17 06.11.2025
Oxunuş sayı: 1269