Gürcüstan və Azərbaycan Milli Muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Tbilisidə Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, memorandum çərçivəsində iki ölkə muzeyləri gələcəkdə sərgilərin təşkili, ustad dərsləri, xalçaçılıq və tekstil sahəsində konservasiya və restavrasiyada təcrübə mübadiləsi layihələrini həyata keçirməyi planlaşdırır.
Azərbaycan tərəfi ümid edir ki, yaxın gələcəkdə Gürcüstanın müxtəlif muzeylərində xalçaçılıq və tekstil mədəniyyətini əks etdirən sərgilər, interaktiv tədbirlər və təlim proqramları təqdim olunacaq.
Muzeylərarası əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan mədəni irsinin qorunması və geniş ictimaiyyətə təqdim olunması baxımından önəmli addım hesab olunur. (Report)
15:14 05.11.2025
Oxunuş sayı: 1204