Büdcədə “Azərbaycan Nəşriyyatı” MMC-yə vəsait nəzərdə tutulmayıb
                                            Gələn il dövlət büdcəsində “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün vəsait nəzərdə tutulmayıb.
Crossmedia.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, 2024-cü ildə 2 352 890 manat icra edilib, 2025-ci ildə 2 228 290 manat məbləğində icra planlaşdırılır. 2026-cı ildə isə bu məqsədlə vəsait ayrılmayıb.
11:14 04.11.2025
Oxunuş sayı: 1631