Azərbaycan Sent Lusiyada təhsilin müasirləşdirilməsi təşəbbüsünə dəstək göstərib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Sent Lusiyaya 100 ədəd noutbuk ianə olunub. Bu münasibətlə 23 oktyabr 2025-ci il tarixində Sent Lusiya Xarici İşlər Nazirliyində təqdimat mərasimi keçirilib.
11:56 24.10.2025
Oxunuş sayı: 1052