Azərbaycan TDT ilə birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Crossmedia.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi, ölkəmizlə əməkdaşlıq və üzv ölkələr arasında müasir texnologiya-ların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika, tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
11:12 24.10.2025
Oxunuş sayı: 1306