Əli Hüseynli Macarıstan Prezidenti tərəfindən ordenlə təltif olunub
Azərbaycan-Macarıstan Parlamentlərarası Dosluq Qrupunun sədri Əli Hüseynli Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən "Xidmətlərə görə ulduzlu komandor xaçı" ordeni ilə təltif olunub.
Crossmedia.az xəbər verir ki, orden Əli Hüseynliyə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma tərəfindən Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə təqdim olunub.
19:49 22.10.2025
Oxunuş sayı: 915