Ukrayna PUA-ları Dağıstana hücum edib

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiya Federasiyasının Dağıstan Respublikasında yerləşən bir müəssisəyə hücum edib.
Bu barədə Crossmedia.az regionun rəhbəri Sergey Melikov öz Telegram kanalında yaydığı məlumata istinadən xəbər verir.
Hadisə yerində aidiyyəti qurumların əməkdaşları çalışır. Melikov bildirib ki, dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir və vətəndaşların, eləcə də obyektlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.
Hazırda hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Mахaçqala üzərində iki PUA müşahidə olunub. Onlardan biri müəssisənin üzərində partlayıb, digəri isə tikilməkdə olan ticarət mərkəzinə çırpılıb. Binada hadisə zamanı heç kim olmayıb.
Yerli sakinlərin dronları avtomat silahlarla vurmağa çalışdıqları bildirilir. Partlayışın təsirindən ərazidəki avtomobillər zədələnib. Hadisə yeri artıq polis tərəfindən mühasirəyə alınıb, xilasedicilər işə cəlb olunub.
Mehriban İbrahimli
21:12 22.10.2025
Oxunuş sayı: 1325