BMT rəsmisi Azərbaycanın məcburi köçkünlərlə bağlı təcrübəsini üzv dövlətlərə nümunə göstərib

Şəhərlərin bərpası, qayıdış planları və xüsusilə minatəmizləmə sahəsində əldə edilən irəliləyişlər və nümunələrə görə Azərbaycanı alqışlayıram.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Paula Gaviria Betankur BMT Baş Assambleyasının 80-ci sessiyasında məcburi köçkünlərin insan hüquqlarına dair hesabatını təqdim edərkən deyib.
Xanım Gaviria bildirib ki, Azərbaycan məcburi köçkünlərin hüquqlarının qorunması, bu istiqamətdə həyata keçirilən layihələr və səylər baxımından dəyərli bir nümunədir.
O, çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və "Böyük Qayıdış" planından da bəhs edib:
"Humanitar mina təmizlənməsi fəaliyyətləri üçün lazımi şəraitin yaradılmasının vacibliyini bir daha vurğulamaq istəyirəm. Azərbaycan təcrübəsindən öyrənəcəyimiz çox şey var," – deyə P. Gaviria qeyd edib.(Report)
18:28 22.10.2025
Oxunuş sayı: 1067