Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda 5 milyard manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyinə 5 milyard 211,9 milyon manat xərclənib.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 % və ya 702 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 62,1 %-i icra edilib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 396,3 milyon manat ayrılıb.
14:09 22.10.2025
Oxunuş sayı: 838