Estoniya XİN Ermənistanın idxal etdiyi taxılın Azərbaycandan tranzit yolu ilə daşınmasına icazə verilməsini mühüm addım adlandırıb

Prezident İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Crossmedia.az xəbər verir ki, qəbul zamanı Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
12:37 22.10.2025
Oxunuş sayı: 704