Bilbaoda “Qarabağ”a qarşı təxribat törədilib




İspaniyanın Bilbao şəhərində bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunu ərəfəsində Azərbaycan klubuna qarşı təxribat törədilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, şəhər ərazisində naməlum şəxslər “Qarabağ” komandasına qarşı təxribat xarakterli vərəqələr yapışdırıblar. Hadisə barədə “Qarabağ” klubunun rəhbərliyi dərhal “Atletik”in nümayəndələrinə məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı polis araşdırmaya başlayıb. Klub rəhbərliyi hesab edir ki, “Qarabağ”ın qələbəsi bu təxribatlara ən layiqli cavab olacaq.
Türkan Kərimli
12:23 22.10.2025
Oxunuş sayı: 916