Baş nazir: Tbilisi İpək Yolu Forumu beynəlxalq platforma kimi formalaşıb

Cəmi bir neçə il ərzində Tbilisi İpək Yolu Forumu regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq edib.
Crossmedia.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, qlobal miqyasda müşahidə olunan son proseslər, xüsusilə də iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar forumun aktuallığını və önəmini daha qabarıq şəkildə göstərir.
10:49 22.10.2025
Oxunuş sayı: 924