Hrant Baqratyan: Bizdə nüvə tullantıları var — bu, bizim silahımızdır

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bildirib ki, ölkədə nüvə tullantıları mövcuddur və bu, Ermənistan üçün bir növ “silah”dır.
Crossmedia.az xəbər verir ki, Baqratyan Paşinyan hökumətinin atom elektrik stansiyasını bağlamaq istədiyini, eyni zamanda ölkədə modul tipli yeni stansiya qurulmasının mümkün olmadığını deyib.
O vurğulayıb ki, atom stansiyasına sahib olmaq Rusiya ilə sabit hərbi-siyasi əlaqəni və enerji müstəqilliyini ifadə edir, bu səbəbdən Qərbin buna qarşı çıxdığını iddia edib.
18:56 21.10.2025
Oxunuş sayı: 1112