Pentaqn sözçüsü jurnalistə kobud cavab verib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell jurnalistə kobud cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, S.Parnel jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə ABŞ müdafiə naziri Pit Heqsetin Rusiya bayrağının rənglərinə bənzəyən rəngdə qalstuk taxması barədə sual verib.
S.Parnell isə jurnalistə kobud cavab verib: "Anan onu onun üçün alıb. Bu, vətənpərvər amerikan qalstukudur".
Lakin bu, ABŞ hakimiyyəti ilə mətbuat arasında ilk “möcüzəvi” ünsiyyət hadisəsi deyil. Ötən gün jurnalistlər Ağ Evdən ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında mümkün danışıqlar üçün niyə Budapeşti seçdiklərini soruşduqda, mətbuat katibi Kerolayn Levitt belə cavab verib: “Bunu anan edib”.
Fatimə Eynullazadə
14:06 21.10.2025
Oxunuş sayı: 1335